Yaponiyada güclü qasırğa - MİLYONLARLA İNSAN TƏXLİYƏ EDİLİB
VİDEO

Bu gün Yaponiyanın cənub-qərbinə güclü külək və leysan yağışı gətirən “Şanşan” qasırğası üz verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hakimiyyət orqanlarının məlumatına görə, bütün ölkə üzrə 5,2 milyondan çox insan təxliyə ilə bağlı bildiriş alıb. Təbii fəlakət nəticəsində elektrik enerjisi kəsilib, uçuşlar dayandırılıb, “Toyota Motor”, “Honda” kimi iri müəssisələr bağlanıb.

 

Səlahiyyətlilərin bildirdiyinə görə, bölgədə indiyə qədər baş verən ən şiddətli fırtınalardan biri nəticəsində ən azı üç nəfər həlak olub, bir nəfər itkin düşüb, 45 nəfər yaralanıb.

 

Meteorologiya agentliyinin məlumatına görə, sürəti saniyədə 50 metrə çatan tayfun saatda təxminən 15 kilometr sürətlə şimala doğru irəliləyərək, saat 13:45-də (GMT 0445) Naqasaki prefekturasının Unzen şəhəri yaxınlığından keçib.

 

“Kyushu Electric Power Co” şirkətinin məlumatına görə, yeddi prefekturada 230 minə yaxın ev təsərrüfatı günün ikinci yarısında işıqsız qalıb. Meteoroloji agentlik fırtınanın yaxın bir neçə gün ərzində Kyusü adasında baş verəcəyini, həftəsonuna qədər isə paytaxt Tokio da daxil olmaqla mərkəzi və şərq bölgələrə yaxınlaşacağının gözlənildiyini bildirib.

 

“ANA Holdings” və “Japan Airlines” aviaşirkətləri artıq 800-ə yaxın reysin ləğv edildiyini açıqlayıb. Nəqliyyat Nazirliyinin məlumatına görə, adanın bir çox bölgələrində qatarların hərəkəti, yüzlərlə avtobus və bərə reysləri dayandırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.