Rusiyanın Kamçatka vilayəti ərazisində “Mi-8” helikopteri yoxa çıxıb.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiyadan bildiriblər ki, helikopterin göyərtəsində 22 nəfər olub.
Onlardan 3-ü ekipaj üzvü, 19-u isə sərnişindir. “112” Teleqram kanalı Mi-8-dəkilərin turistlər ola biləcəyini yazıb.
Rusiya İstintaq Komitəsi Mi-8 helikopterinin Kamçatkada Vaçkajets vulkanı yaxınlığında yoxa çıxdığını, hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma aparıldığını açıqlayıb.