Gədəbəydə bədbəxt hadisə baş verib.
Senzor.az bildirir ki, hadisə rayonun Gərgər kəndi ərazisində “Qarabağlar” adlanan biçənək sahədə qeydə alınıb.
1973-cü il təvəllüdlü Elman Musayev biçənək sahəsində ot preslərini tanışı Maarif Əmiraslanovun "QAZ 3307" markalı avtomobilinə yükləyib. Daha sonra E.Musayev istirahət etmək məqsədilə avtomobilin arxa təkərlərinin yanında kölgədə uzanıb.
Bu zaman Maarif Əmiraslanov maşını arxaya doğru hərəkət etdirərək Elman Musayevin üstündən keçib.
Ağır xəsarətlər alan E.Musayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.