Hindistanın “Vistara” aviaşirkətinin Mumbaydan Frankfurta uçan və bomba qeydinə görə təcili olaraq Türkiyənin Ərzurum hava limanına eniş etməli olan təyyarəsinin göyərtəsində partlayış təhlükəsi təsdiqini tapmayıb.
Senzor.az yerli KİV_ə istinadən bildirir ki, bu barədə Ərzurum valisi Mustafa Çiftçi açıqlama verib.
“Minatəmizləmə mütəxəssisləri təyyarəyə baxış keçiriblər. Partlayış təhlükəsinin təsdiqlənmədiyi müəyyən edilib. Hava limanında uçuşlara qoyulan qadağa aradan qaldırılıb”, - deyə o bildirib.
**22:26 (06.09.2024)
Mumbay-Frankfurt reysini yerinə yetirən Hindistanın “Vistara” aviaşirkətinə məxsus təyyarəsinin təcili eniş etməsi ilə əlaqədar Türkiyə dövlət orqanları Ərzurum üzərində hava məkanını bağlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, pilotlar təyyarənin göyərtəsində bomba olması ilə bağlı xəbərə görə eniş tələb ediblər.
Ərzurum valisi Mustafa Çiftçi 247 sərnişin və 13 ekipaj üzvünün olduğu təyyarənin göyərtəsində artıq minatəmizləmə mütəxəssislərinin olduğunu bildirib. Xilasetmə qrupları və yanğınsöndürmə briqadaları da hava limanının ərazisindədir.
“Sərnişinlərdən biri salfetin üzərinə “Təyyarədə bomba var” yazıb. Pilotlar müvafiq qərar qəbul ediblər”, - deyə vali dəqiqləşdirib.
UK27 reysi ilə uçan təyyarə yerli vaxtla saat 17.05-də Trabzona məcburi eniş edib. İlkin olaraq uçuş heyəti Ordu hava limanına eniş etməyi planlaşdırıb, lakin təmir işləri ilə əlaqədar olaraq təyyarə Trabzona yönləndirilib.