Xəbər verdiyimiz kimi, Ağstafada bədbəxt hadisə ər-arvadın həyatına son qoyub. Qırlı kənd kənd sakinləri, F.İsmayılov və X.İsmayılova üzüm yığan zaman divar aşaraq onların üzərinə düşüb.
Azərtac ölən ər və arvadın fotosunu əldə edib.
Qeyd edək ki, faktla bağlı araşdırma başlanılıb.
**12:14
Ağstafada bədbəxt hadisə baş verib.
Senzor.az-ın məlumatına görə, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.
Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı - 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalıblar. Onlar aldıqları xəsarətlərdən elə hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.