Türkiyənin Tunceli vilayətində hərbi avtomobilin dərəyə yuvarlanması nəticəsində 4 hərbçi həlak olub, biri ağır yaralanıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat paylaşıb.
O, texnikanın hansı səbəbdən qəzaya düşdüyünün məlum olmadığını deyib.
Əraziyə helikopterlə hərbçilər, təcili yardım briqadası və digər qurumların əməkdaşları cəlb edilib.
Qəza ilə bağlı araşdırma aparılır.