Dünən axşam saatlarında paytaxtın Səbail rayonunda yerləşən inzibati binaların birində bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, saat 19 radələrində “Azərneftkimyamaş” ASC-də işləyən Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Rasif İbrahimovu elektrik işləri gördüyü zaman “tok” vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.