Ötən gün Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Laçın rayonunun Qarakeçdi kənd sakini 1998-ci il təvəllüdlü Ülviyyə Baxşəlizadə yaşadığı Taxtakörpü qəsəbəsidəki evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.
Ü.Baxşəlizadə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.