Paytaxtda kütləvi dava baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani və Dadaş Bünyadzadə küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, bir qrup şəxs arasında əvvəlcə mübahisə yaranıb, daha sonra isə mübahisə davaya çevrilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı hadisənin ətraflı araşdırılacağını və əlavə məlumat veriləcəyini bildirib.
Həmin görüntüləri təqdim edirik: