Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Senzor.az bildirir ki, hadisə şəhərin İsrafil Məmmədov küçəsində (5-ci küçə) qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Ziyafət Səmədzadənin Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.