Türkiyədə Sakarya bölgəsindəki makaron fabrikində naməlum səbəbdən baş verən partlayışdan sonra meydana gələn yanğın nəticəsində xəsarət alanların sayı 28 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlardan 12-nin vəziyyəti ağırdır.
Yanğınla bağlı hadisə yerinə şəhər mərkəzi, rayon və ətraf rayonlardan təcili yardım əməkdaşları, xilasedicilər və polis qrupları cəlb edilib.
Son məlumata görə hazırda yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.
**16:24
Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda un məmulatları zavodunda partlayış olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, son məlumata görə, partlayışda 21 nəfər yaralanıb.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.