Türkiyənin Adana şəhərində yük maşını ilə işçiləri daşıyan xidməti avtomobil toqquşub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə şəhərin Ceylan rayonunda qeydə alınıb.
Qəza nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəza ilə əlaqədar araşdırma başladan jandarma qrupu yük maşını sürücüsü M.Ş.-ni nəzarətə götürüb.