İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
**12:35
Bu gün səhər saatlarında İranın Şimali Xorasan əyalətinin Bocnurd şəhərində 4,7 və 4,1 bal gücündə iki zəlzələ baş verib.
Senzor.az bildirir ki, barədə İran mediası məlumat yayıb.
Zəlzələ nəticəsində 7 nəfərin yüngül xəsarət aldığı, bəzi evlərə ziyan dəydiyi bildirilir.