Rusiyanın Pakistandakı səfiri Albert Xorevi müşayiət edən avtomobil Hayber-Paxtunxva əyalətində minaya düşüb.
Senzor.az bildirir ki, bu barədə Rusiya diplomatik missiyası sosial şəbəkədə məlumat verib.
Bildirilib ki, bu gün Albert Xorev bir neçə digər diplomatla birlikdə İslamabad Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilmiş turizm sammitində iştirak edib.
“Müşayiət avtomobili Hayber-Paxtunxva əyalətinin Minqora şəhərindən hotelə gedərkən minaya düşüb, nəticədə bir neçə polis əməkdaşı yaralanıb" – məlumatda deyilir.
Pakistan XİN-in məlumatına görə isə, kəşfiyyat dəstəsinin öndə gedən polis maşını əldəqayırma partlayıcı qurğu ilə partladılıb, nəticədə bir polis ölüb, daha üç nəfər isə yaralanıb: "Diplomatik korpusun bütün üzvləri təhlükəsiz şəkildə İslamabada qayıdıblar”.