Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
Senzor.az bildirir ki, hadisə Şəmkir rayonunun Könüllü kəndi ərazisində qeydə alınıb.
Dəmir nərdivanın elektrik xəttinə toxunması nəticəsində Əkbər Bağırovu, İsmət Məmmədovu və Adil Böyükkişiyevi elektrik cərəyanı vurub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxslər Könüllü kəndində sahibkara məxsus istixana sisteminə sellofan çəkirlərmiş. Bu zaman onların istifadə etdiyi dəmir nərdivan elektrik naqilinə dəyib. Nəticədə hər üç nəfər yerindəcə həyatını itirib.
Ölən şəxslərdən ikisinin Könüllü kəndindən, birinin isə Ağstafa rayonundan olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub, araşdırma başlanılıb.