Dağıstanın paytaxtı Mahaçqala ətrafında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə sentyabrın 27-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Yenilənmiş məlumata görə, 21 nəfər xəsarət alıb, onlardan ikisi uşaq olmaqla 10-u ölüb”, - Nazirliyin məlumatında bildirilib.
O da qeyd olunub ki, onuncu qurbanın cəsədi xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb.
**20:41
Mahaçqalada yerləşən “Plus” yanacaqdoldurma məntəqəsində partlayış baş verib, 4 nəfər ölüb, daha 2 nəfər isə ağır yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, partlayış nəticəsində elektrik xətti sıradan çıxıb. Zərbə dalğası yaxınlıqdakı üçmərtəbəli binanın divarını uçurub. Hadisə zamanı 10 avtomobilə ziyan dəyib.
Daha ətraflı videosüjetdə: