Saat 21 radələrində Şəmkirdə Mahmudlu kənd sakini İ.Abbasovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Abbasov şübhəli şəxs qismində saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.