Bu gün saat 19:00 radələrində “Ulduz” stansiyasında sərnişin stansiya yoluna düşüb.
Bu barədə Senzor.az-a Bakı Metropolitenindən bildirilib.
Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb.
Qeyd olunub ki, hadisə ilə bağlı intervaldan əlavə 24 dəqiqə yubanma yaranıb. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.
Qeyd edək ki, bu gün digər bir sərnişin Metronun "28 May" stansiyasında qatar yoluna düşərək ölüb.