Qala stansiyasından 133 km şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən bildirir ki, oktyabrın 11-də yerli vaxtla saat 23.50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,8-ə bərabər olub.
Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.