Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” bildirir ki, hadisə rayonun Qışlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lerik rayon sakini - 1965-ci il təvəllüdlü Höccətov Mehman Ağamməd oğlunun idarə etdiyi “Ford Transit” markalı mikroavtobus idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı maşından yerə çırpılan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həkimlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Höccətovun vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.