Mikroavtobus dəmiryol xəttinə girdi: 2 NƏFƏR XƏSARƏT ALIB
VİDEO

Bakıda dəmiryol xəttində qəza olub.

 

Senzor.az bildirir ki, bu barədə ADY məlumat yayıb.

 

Məlumata görə, bu gün saat 02:30-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

 

İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar, yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır: "Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar".

 

**

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

 

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

“Mercedes Vito” markalı mikroavtobusun dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və avtomobildə olan sürücü və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mikroavtobusda sıxılı vəziyyətdə qalan 2001-ci il təvəllüdlü Rüstəmov Sərxan Taleh oğlunu və 1954-cü il təvəllüdlü Məmmədova Püstəxanım Baba qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



**


TƏBİB-dən isə KİV-in sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 21.10.2024-cü il tarixində saat 02:30 radələrində Xəzər rayonu, Qala stansiyası ərazisindən qatar ilə avtomobilin toqquşması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

 

1954-cü il və 2001-ci il təvəllüdlü şəxslər (qadın və kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.

 

1954-cü il təvəllüdlü şəxsə (qadın cinsli) açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, üzün, alnın çoxsaylı cırılmış yarası, sağ bazu sümüyünün sınığı diaqnozları ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

 

2001-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün və sol qamış sümüyünün sınığı, sol aşağı ətrafın çoxsaylı əzilmiş yaraları diaqnozları təyin edilib.

 

Göstərilən tibbi xidmətlərdən sonra vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyilə ambulator müalicə üçün evə buraxılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.