“Trami” qasırğası Filippində 81 nəfərin həyatına son qoyub
VİDEO

Bu saatlara olan məlumata görə, Filippində “Trami” tropik qasırğası səbəbindən ölənlərin sayı 81-ə çatıb, ən azı 20 nəfər itkin düşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, həftə ərzində “Trami”nin gətirdiyi şiddətli yağış kütləvi daşqın və torpaq sürüşmələrinə səbəb olub. Ən çox ölüm Batanqas əyalətində (47) və Bikol regionunda (28) qeydə alınıb. Bundan başqa, infrastruktura, evlərə, kommunikasiya xətlərinə, avtomobillərə ciddi ziyan dəyib. Bir neçə hava limanında yüzlərlə uçuş təxirə salınıb. Hazırda təbii fəlakət bölgəsində itkin düşənlərin axtarışları və fəsadların aradan qaldırılması işləri aparılır.

 

Qeyd edək ki, “Trami” bu il Filippini vuran 11-ci qasırğadır. Ölkənin təbii fəlakətlərlə mübarizə mərkəzi 15 region üzrə 2,6 milyon nəfərin qasırğanın fəsadlarından təsirləndiyini, 320 min nəfərin daimi yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.