Oktyabrın 24-ü saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 68 yaşlı Həziyev Səfəralı Məstalı oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil taxta dolu yükü daşıyan “KamAZ”a çırpılıb.
Ağır bədən xəsarətləri alan S.Həziyev hadisə yerində həyatını itirib.
Bildirilir ki, qəzada dünyasını dəyişən Səfəralı Həziyev əvvəllər hüquq-mühafizə orqanlarında zabit kimi çalışıb və Birinci Qarabağ müharibəsi veteranıdır.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.