Şəmkir rayonunun Düyərli kəndində iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
Senzor.az bildirir ki, hadisə baş vermiş evdə bu olaydan bir az əvvəl yanğın faktı da qeydə alınıb.
İlkin məlumata əsasən, yanğın olan evdə elektrik cərəyanı dövrədən açılıb. Daha sonra elektrik cərəyanı təkrar dövrəyə qoşulan zaman 2008-ci il təvəllüdlü Nəsibova Pərvin Habil qızı və 1993-cü il təvəllüdlü İsmayılov Hümbət İkram oğlunu ehtiyatsızlıqdan cərəyan vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.