Serbiyanın Novı Sad şəhərindəki dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsi çöküb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə Novı Sad-Subotiça yüksəksürətli dəmiryolu xəttinin tikintisi layihəsi çərçivəsində stansiya binasının təmiri ilə bağlı aparılan işlər zamanı baş verib.
Son məlumatlara görə, binanın beton tavanının uçması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
“Son məlumata görə və ümid edirik ki, bu son rəqəm olacaq, 14 nəfər həlak olub. Səkkiz nəfər Serbiya Respublikasının vətəndaşı, bir nəfər Şimali Makedoniyanın vətəndaşıdır”, – deyə Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciətində bildirib.
O əlavə edib ki, beş nəfərin kimliyi hələ müəyyən edilməyib.
Yerli KİV onu da qeyd edir ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatları başa çatıb. 14 nəfərin ölümündən əlavə, hadisə nəticəsində daha üç nəfər müxtəlif xəsarətlər alıb.
Noyabrın 2-si ölkədə matəm günü elan edilib.