Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ olub.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən bildirir ki, saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub.
Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.