Bakıda restoranda bir ailənin 4 üzvünü döyənlər həbs edildi
VİDEO

Sosial şəbəkələrdə paytaxt restoranlarının birində bir qrup şəxsin xuliqanlıq hərəkətləri törətmələrini, digər müştəriləri döymələrini əks etdirən görüntülər yayılıb.

  

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin görüntülərdə əks olunan hadisə oktyabrın 18-i Yasamal rayonunda restoran-pubların birində baş verib.

 

Yasamal RPİ-də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Əməli törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

 

Məlumata görə, Cavad Muradov və tanışları Rüfət İsmayılov, Afiyəddin Əliyev, Kənan Gərayzadə və Rauf Gərayzadə restoranda insanların gözü qarşısında bir ailənin 4 üzvünü döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Cinayət qanunvericiliyinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb edilən C.Muradov, R.İsmayılov, A.Əliyev, K.Gərayzadə barəsində həbs, R.Gərayzadə haqqında isə digər qətimkan tədbiri seçilib.

  

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.









  

Qeyd edək ki, C.Muradov və dostlarının xuliqanlıq hərəkətləri ilə bağlı mediada məlumatlar daha əvvəl də yer alıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.