Sumqayıtda şirkət maşınına basqın edib 127 min apardılar - POLİS YAXALADI
VİDEO

Dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq, sürücünü aldatmaqla ona zor tətbiq edib, avtomobildə olan 127 min 298 manat pulu talayaraq qaçıblar.

 

Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vəsaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər - 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.

 

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar.

 

Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

 

İstintaq tədbirləri davam etdirilir.












Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.