Almaniyada bayram yarmarkasında terror aktı: 4 NƏFƏR ÖLÜB, 200-dən ÇOX YARALI VAR - YENİLƏNİB, VİDEO/ FOTO


Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, təxminən 200 nəfər yaralanıb.

 

Bu barədə “Bild” nəşri polisə istinadən məlumat yayıb.

 

"Maqdeburqda Milad yarmarkasındakı hadisə nəticəsində ölənlərin sayı dördə çatıb. Hadisə nəticəsində təxminən 200 nəfər xəsarət alıb", - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, dekabrın 20-i axşam Almaniyanın Maqdeburq şəhərində naməlum şəxs idarə etdiyi qara BMW-ni Milad yarmarkasındakı izdihamın üzərinə sürüb. Nəticədə iki nəfərin öldüyü və 68 nəfərin xəsarət aldığı bildirilirdi.

 

“Bild”in məlumatına görə, hadisədə şübhəli bilinən şəxs 50 yaşlı Taleb A.-dır. Güman edilir ki, avtomobili o idarə edib. Taleb A. Səudiyyə Ərəbistanında anadan olub, lakin İslamı sərt tənqid edib və özünü "Almaniya üçün Alternativ" (AfD) partiyasının tərəfdarı hesab edib.

 

**00:45



Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb.

 

Bu barədə “Bild” qəzeti Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.

 

Nəşr bildirib ki, hadisədə 11 nəfər ölüb.

 

“Welt” isə vurğulayıb ki, “BMW” markalı avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib. Nəqliyyat vasitəsi icarəyə götürülüb.

 

Artıq Almaniya kansleri Olaf Şolts baş verən hadisəyə münasibət bildirib: “Maqdeburqdan gələn xəbərlər pis fikirlərə yol açır. Fikirlərim qurbanların və yaralıların yaxınlarının yanındadır. Bu dəhşətli saatlarda xilasedicilərə minnətdarlığımı bildirirəm”.

 


**23:21(20.12.2024)

 

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxslər idarə etdiyi iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 

hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Əyalət polisi hadisə ilə bağlı rəsmi məlumat verməyib. Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.

 

Saksoniya-Anhalt əyalətinin hökuməti hadisəni terror aktı qiymətləndirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.