Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Senzor.az bildirir ki, bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə,təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Aktauda qəza yerinə Qazaxıstan FHN-in 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.