Təyyarə qəzasından 25 nəfər sağ çıxıb

Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb.

 

Senzor.az bildirir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

 

Həmçinin bildirilir ki, hadisə yerində  Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir.

 

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi duman səbəbindən Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

 

Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

 

***

 

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında yaralanan 25 nəfər xəstəxanaya yerləşdirilib.

 

Bu məlumatı isə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Operativ Qərargahı yayıb.

***

Çeçenistan rəhbəri Ramzan Kadırov da  Bakı-Qroznı reysi ilə uçan və qəzaya uğrayan təyyarənin sərnişinlərindən 25 nəfərin sağ qurtulduğunu bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.