Xəzərdə gün ərzində üçüncü zəlzələ qeydə alındı
YENİLƏNİB

 

Xəzər dənizində bu gün üçüncü dəfə zəlzələ baş verib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 10:52-də olub. 3,4 maqnitudalı zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

 

Seysmoloji Xidmət Mərkəzi həmçinin qeyd edib ki, bu gün Xəzər dənizində olan zəlzələlər zəif zəlzələlərdir: "İctimaiyyət maqnitudası 3-dən yuxarı olan yerli təkanlarla bağlı məlumatlandırılır".

 

**09:58


Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində Bakı vaxtı ilə saat 07.28-də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

 

Qeyd edək ki, Xəzərdə bundan əvvəl saat 02:03-də də yeraltı təkan qeydə alınmışdı. 3,0 maqnitudalı həmin zəlzələnin ocağının 63 kilometr dərinlikdə yerləşdiyi  bildirilmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.