Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva-Vnukovo reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.
Musavat.com xəbər verir ki, hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Məlumata görə, təyyarə planlaşdırıldığı kimi Moskva istiqamətində uçuşunu davam etdirərkən Polşa üzərindən dönərək İstanbul Hava Limanına eniş edib. Təyyarənin ekipajı və sərnişinlərin vəziyyəti ilə bağlı narahatlıq doğuran bir halın olmadığı bildirilib.
Hadisə ilə bağlı təfərrüatlar və uçuşun geri dönüş səbəbləri barədə araşdırma aparıldığı bildirilir. Yaxın saatlarda THY-dən rəsmi açıqlamanın veriləcəyi ehtimal olunur.