Biləsuvar rayonunda baş verən ağır yol qəzasında üç nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı dəqiqləşib.
Senzor.az bildirir ki, bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat vrilib.
Qeyd edilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "Vaz" markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, səkkiz nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Araşdırma davam etdirilir.
**11:12
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.