ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində ölkənin yeni seçilmiş Prezidenti Donald Trampa məxsus “Trump İnternational” otelinin qarşısında Tesla “Cybertruck” markalı pikap partlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Las-Veqasın polis rəisi Kevin Makmehill məlumat verib.
Partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Hadisə yerindən borular, kimyəvi maddələrin izləri və atəşfəşanlıq fişənglərinin hazırlanmasında istifadə olunan barıt tapılıb. FTB hadisənin 2-5 nəfərlik qrupla əlaqəli olduğunu bildirib. Hadisə ilə bağlı araşdırma aparılır.
Bu arada "Tesla" şirkətinin rəhbəri İlon Mask da Las-Veqasda "Trump International Hotel" yaxınlığında "Tesla Cybertruck"ın partlamasına reaksiya verib.
Amerikalı sahibkar "X" sosial şəbəkəsindəki hesabında yazıb ki, şirkətinin yüksəksəviyyəli peşəkarlardan ibarət komandası insidentlə bağlı araşdırma aparır. Əlavə məlumat əldə olunduqca ictimayyətə məlumat veriləcək.
"Biz heç vaxt belə bir şey görməmişik", - Mask vurğulayıb.
Senzor.az