Ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində VAZ-2107 markalı avtomobil "Mercedes" markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılıb, nəticədə yeddi nəfər yaralanıb.
“Report” bildirir ki, onlardan üçü - 1996-cı il təvəllüdlü Aminə Fikrət qızı Qəhrəmanova, 2008-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanova və 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhrəmanov həkimlərin səylərinə baxmayaraq xəstəxanada ölüblər.
Digər dörd nəfərin müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.