Qazaxıstanın Rusiya ilə sərhədində zəncirvari qəza: 95 AVTOMOBİL TOQQUŞDU, XƏSARƏT ALANLAR VAR
VİDEO/FOTO

Qazaxıstanın Rusiya ilə sərhədində yerləşən Akmola vilayətində sürücülərin sürət rejimini pozmaları və aralıq məsafəni gözləməmələri nəticəsində 95 avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az Qazaxıstan KİV-lərinə istinadən bildirir ki, hadisə Astana-Şuçinsk magistral yolunun Janatalap kəndi yaxınlığında, yolun 153-cü kilometrliyində qeydə alınıb.

 

"Zəncirvari qəza nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bulandın rayon xəstəxanasına müraciət edib, onlardan dördü xəstəxanaya yerləşdirilib", - deyə Akmola vilayətinin Polis İdarəsindən məlumat verilib.

 

Məlumata görə, 30 avtomobil öz hərəkəti ilə yola düşə bilib, daha 10 avtomobil isə daşıyıcı vasitəsilə təxliyə edilib. Eyni zamanda ərazidə magistral yolda avtomobillərin yolu boşalda bilməsi üçün ayırıcı hasar sökülür.

 

Regional fövqəladə hallar departamenti əhalini yaşayış məntəqələrindən kənara çıxmamağa çağırıb.

 

Həmçinin hadisə yerindən yayılan görüntülərdə 200-dən çox avtomobildən ibarət karvanın qar fırtınası şəraitində Astana-Şuçinsk yolu ilə paytaxta doğru hərəkət etdiyi bildirilir. Onları polis maşınları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müşayiət edirlər.

 

Qazaxıstan Fövqəladə hallar nazirinin müavini Keqen Tursınbayev hadisə yerindədir. Xilasetmə əməliyyatlarına 68 texnika və 152 xilasedici cəlb olunub, 70-dən çox insan təxliyə edilib.

 

O da bildirilib ki, daha əvvəl təcili yardım xidmətləri bölgədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq etmiş və bütün sürücülərə, xüsusilə şəhərkənarı yollarda səyahətdən çəkinməyi tövsiyə etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.