Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
"Bu gün saat 10:36 radələrində Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Təəssüf hissi ilə bildiririk ki, qəza nəticəsində bir sərnişin həyatını itirib, daha bir sərnişin isə təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Həyatını itirən xanım sərnişinə Allahdan rəhmət diləyir, yaralı sərnişinə şəfa arzu edirik." - məlumatda qeyd olunub.
Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.
**12:55
Bakı-Qazax magistral yolunda "Bakı Bus" avtobusu ilə yük avtomobili toqquşub.
Senzor.az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev "Bakı Bus" avtobusunun içərisindəki bir sərnişinin həlak olduğunu, iki nəfərin xəsarət aldığını deyib.
"Hadisə Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində saat 10:30-da baş verib. 99 JZ 185 dövlət nömrə nişanlı "Bakı Bus" avtobusu yolun kənarında durmuş, Tacikistan dövlətinə məxsus 77-FF-02 nömrə nişanlı "Volvo" markalı TIR-a çırpılıb. İlkin məlumata görə, "Bakı Bus" avtobusundakı bir sərnişin həlak olub.
Faktla bağlı araşdırma aparılır", - E.Hacıyev bildirib.
**
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilir ki, hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.