Sumqayıtda səhər saatlarında müəmmalı şəkildə avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub.
APA xəbər verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.
Xatırladaq ki, bu gün səhər saatlarında Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində “Kia” markalı 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb
Maraqlıdır ki, avtomobilin sahibi və hadisə baş verən ərazidə yaşayanlar maşında ölən şəxsi tanımırlar. Onun maşının salonuna necə və niyə girdiyi də müəmmalıdır.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı linkdəki (https://www.youtube.com/watch?v=5VpZeX8VhJc) videoda:
*10:32
Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, “KİA” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.