Türkiyənin Konya şəhərində yaşayış binasının uçmasında günahkar bilinən 4 nəfər saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə yerli KİV Konya prokurorluğuna istinadən məlumat yayıb.
"Konya vilayətinin Səlçuqlu rayonunda dördmərtəbəli binanın (onlardan 3-ü yaşayış) uçmasında təqsirli bilinən 4 şübhəli şəxs saxlanılıb. Hadisə yerində ətraflı araşdırmalar davam edir", - bəyanatda bildirilib.
Dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ xilas edilib, digər 2 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam edir.
**23:28 (24.01.2025)
Türkiyənin Konya vilayətində üçmərtəbəli bina çöküb.
Senzor.az bildirir ki, bu barədə yerli telekanallar məlumat yayıblar.
Qeyd olunur ki, hadisə Selcuklu rayonunda qeydə alınıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Məlumatlarda o da bildirilir ki, iki nəfər xilas edilib, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyi istisna olunmur.
Hazırda axtarış tədbirləri davam etdirilir.