Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, hadisə yanvarın 29-da saat 23 radələrində rayonun Seyidlər kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və kanala aşıb.
Hadisə yerinə təcili təxirə salınmaz tibbi yardım briqadası, FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəza nəticəsində Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və övladları R.E.İsmayılov, H.E.İsmayılov ölüblər. Aparılan əməliyyat zamanı bir azyaşlı uşaq xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
A. Məmmədovun Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işlədiyi bildirilir.
Hadisə yerindən görüntüləri təqdim edirik: