Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.
Nəticədə, sərnişinlərdən biri - Xaçmaz rayon sakini 72 yaşlı Nazim Kiçikbəyov xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb. Son məlumata görə, müvafiq tibbi yardımdan sonra o, evə buraxılıb.
Sərnişin avtobusuna da ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.
Faktla bağlı araşdırma aparılır.