Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı minik maşını ilə 28 saylı xətt üzrə işləyən"Mercedes" markalı mikroavtobus toqquşub.
Qəza zamanı mikroavtobusda xeyli sayda sərnişin olub. Onlardan 1992-ci il təvəllüdlü J.Zeynalova, 1973-cü il təvəllüdlü M.Abbasova, 1964-cü il təvəllüldü Z.Orucova, 1995-ci il təvəllüdlü V.Bayramov və 1996-cı il təvəllüdlü S.Məmmədcəfərov xəsrət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.