Goranboyda 38 yaşlı qadın ailə münaqişəsi zəminində yaralanıb.
“Report”un məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Vəfa Aslanova ailə münaqişəsi zəminində çoxsaylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.
Yaxınlarının dediyinə görə, qadının qayınatası, 1957-ci il təvəllüdlü Zakir Namazov qadının yaşadığı evin önünə qumbara atıb. Nəticədə qadın qəlpə xəsarətləri alıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.