Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, qəza dünən gecə paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, saat 23:30-da Heydər Əliyev prospektində “Mercedes”, “Renault” və “Changan” markalı 3 avtomobil toqquşub.
Qəza nəticəsində, “Changan”ın sürücüsü 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu və onun iki yaşlı qız övladı hadisə yerində ölüblər.
Araşdırma aparılır.