Qazaxıstanın Ulıtau vilayətindəki Jomart mədənində qaya uçması baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə mədənlərin işlənməsi ilə məşğul olan “Kazaxmıs” şirkətlər qrupu məlumat yayıb.
Qazaxıstan FHN-dən isə bildiriblər ki, xilasetmə qrupları mədənin çökməsi nəticəsində ölən yeddinci mədənçinin də meyitini tapıblar.
“Qazaxmıs” MMC-yə məxsus mədəndə aparılan axtarış-xilasetmə işləri zamanı yeddinci əməkdaşın meyiti tapılıb. Onun kimliyi müəyyənləşdirilir. Yeddi işçinin hamısının meyitləri səthə qaldırılıb və məhkəmə-tibbi ekspertiza üçün polis əməkdaşlarına təhvil verilib”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 17-də respublikanın Ulıtau vilayətindəki “Jomart” mədənində dağ kütləsinin uçması nəticəsində yeddi işçi uçqun altında qalmış, onlarla əlaqə kəsilmişdi. Daha sonra xilasetmə qrupları uçqun yerində altı meyit aşkar etmişdilər.