Münhen Təhlükəsizlik Konfransından qayıdan Gürcüstanın sabiq prezidenti Salome Zurabişviliyə Tbilisi aeroportunda yumurta atılıb.
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Qeyd edək ki, ötən gün sabiq baş nazir, müxalif "Gürcüstan Naminə Qaxariya" partiyasının lideri Georgi Qaxariyaya da yumurta atılmışdı.
Hadisə ilə bağlı hələlik nə ölkənin Daxili İşlər Nazirliyi, nə də eks-prezidentin özü tərəfindən açıqlama verilməyib.