Samuxda oğul atasına balta ilə xəsarət yetirib.
APA-nın məlumatlna görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası - 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.