Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.
APA xəbər verir ki, 10 nəfərdən çox şəxs halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib.
Həmin şəxslər (Qasımov Raul Səbuhi oğlu (2018-ci il təvəllüdlü), Qasımova Şəlalə Sultan qızı (1960), Hüseyinova Məhbubə Fəqan qızı (1993), Hüseyinova Gülnaz Nəzər qızı (1965), Cabbarov Elcan Şamo oğlu (2010), Hüseyinova Əsmər Əfqan qızı (1986), Qasımova Samirə Qabil qızı (1989), Hüseyinova Nəzakət Tapdıq qızı (1978) və Qəmbərova Yasəmən Ədalət qızı (1987)) kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər.
Onlara tibbi yardım göstərilir.