Fransanın Marsel şəhərində Rusiyanın Baş Konsulluğunun ərazisində partlayış baş verib.
Bu barədə baş konsul Stanislav Oranski “La Marseillaise” nəşrinə açıqlamasında deyib.
BFMTV kanalı isə məlumat yayıb ki, konsulluğun ərazisinə iki ədəd “Molotov kokteyli” atılıb.
Marseldəki Baş Konsulluqdan TASS-a verilən son məlumatda bildirilib ki, Konsulluğun ərazisinə üç naməlum partlayıcı qurğu atılıb. Qurğulardan ikisi partlayıb: "İstehkamçılar yerdə qalan qurğu ilə məşğul olurlar. İtki və dağıntı yoxdur. Diplomatik missiyanın binasına zərər dəyməyib".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova hadisəni terakt adlandırıb.